Rusiyanın Ukraynada sülh üçün şərtləri açıqlandı

Bu gün, 08:02           
Rusiyanın Ukraynada sülh üçün şərtləri açıqlandı
Rusiya Federasiyası Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov Kremlin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində danışıb.

Suslovun sözlərinə görə, Putin Trampa Ukrayna və Avropanın iştirakı olmadan ikitərəfli Rusiya-Amerika atəşkəs planını təklif etmək üçün Alyaskaya gedir.

Bu planın əsas şərtləri bir il əvvələ nisbətən daha da yumşalıb.

Belə ki, Ukraynadan öz qoşunlarını yalnız Donbasın qalan hissəsindən (hər dörd regiondan deyil) çıxarması tələb olunur. Buna cavab olaraq Rusiya Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən geri çəkilir. Amma digər ərazilərdə, yəni Xerson və Zaporojye vilayətlərində cəbhə xətti dəyişmir. Həmçinin əsas və dəyişməz şərt Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi qalır.

Bundan əlavə, yekun razılaşmalara Ukraynanın demilitarizasiyası və federal quruluşa keçid üçün konstitusiya islahatına dair bəndlər daxil edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru