Azərbaycanı vuracağıq” deyənlər, öz tabutlarınızı da ölçdürün!
Bu gün, 08:34

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyov televizorda çıxıb hədələyir: guya “Azərbaycanı vurmaq” planları var, “cəzalandırmaq” lazımdır. Dinlə, Qurulyov! Sən hələ anlamamısan ki, Qafqazda silah qaldıran hər rus əsgərinin aqibəti eynidir - geri dönməyəcək. Biz sizin “xüsusi əməliyyat” adlandırdığınız biabırçılığın Ukraynada necə çökdüyünü gördük, Cənubi Qafqaz isə sizin üçün qat-qat sərt, keçilməz və ölümcül olacaq.
Xəritəyə bax, Qurulyov: Azərbaycanla Rusiya arasındakı sərhəd Böyük Qafqaz silsiləsinin qarla örtülü, sarp zirvələrindən keçir. O dağlarda tankın da, zirehli texnikanın da ömrü bir neçə saatdır. Buradan “xüsusi əməliyyat” aparmaq, yaxud Xəzər sahilinə desant göndərmək? Siz Xəzərdə boğulmazdan əvvəl bizim sahil artilleriyamızdan od yağışı altında yanacaqsınız.
Azərbaycan Ordusu - bu, sizin bəzi hissələrinizdəki kimi həbsxanalardan yığılmış dəstələr deyil. Bu, illərlə döyüş təcrübəsi toplamış, müasir İsrail, Türkiyə və yerli istehsal silahlarla təchiz olunmuş, dəmir intizamlı peşəkar qüvvədir. Bizim pilotsuz aparatlarınızın “Bayraktar” və “Harop” qarşısında necə yandığını Qarabağda bütün dünya gördü.
Ona görə, Qurulyov və onun kimi dili çox, gücü az olanlar, yaxşı düşünün: Azərbaycanla müharibə sizin üçün bitməyəcək - sizi bitirəcək. Rus ordusundan qalacaq tək şey - dağlarda qopmuş dəmir parçası və çürüyən meyitləriniz olacaq.
Elçin Alioğlu