"Qarabağ" güclü rəqib olduğunu sübut edib.

Bu gün, 00:00           
"Qarabağ" güclü rəqib olduğunu sübut edib.
Bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.

O, böyükhesablı məğlubiyyəti şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizdən çox yaxşı oynadılar. Xüsusi ilə ilk hissədə çox pis təsir bağışladıq. Başlıca problemlərimizdən biri erkən qollar buraxmağımız oldu. Çempionlar Liqasında rəqiblər hər zaman güclü təsir bağışlayırlar. Sabahdan bu məğlubiyyəti təhlil edəcəyik. Artıq Avropa Liqasının pley-off mərhələsi barədə düşünəcəyik.

Təbii ki, bu cür məğlubiyyət gözləmirdik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Lakin belə məğlubiyyətlər komandaya və futbolçulara təcrübə qazandırır. Bu məğlubiyyətdən dərs çıxarmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru