Kamçatkada iki zəlzələ baş verib

Bu gün, 17:44           
Kamçatkada iki zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 5.2 və 5.5 maqnitudalı zəlzələlər baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, birinci zəlzələnin ocağı 11.7 km dərinlikdə yerləşib və Petropavlovsk-Kamçatsk şəhərindən 225 km məsafədə qeydə alınıb. İkinci zəlzələnin ocağı isə 8.5 km dərinlikdə yerləşib.

Bundan əlavə, Kamçatkadakı Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində sovrulan kül buludu 10 km-dək yüksəlib.

Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Zəlzələdən sonra çox sayda afterşok qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru