İmzasını atıb, lövhəni ikiyə böldü - Tokayevdən maraqlı video

Bu gün, 10:34           
İmzasını atıb, lövhəni ikiyə böldü -
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Dünya Tekvondo Federasiyasının prezidenti Çunqvon Çou tərəfindən 9-cu dan qara kəmər təqdim olunub.

"Unikal" xəbər verir ki, təqdimat mərasimindən sonra Tokayev ənənəyə uyğun olaraq lövhəni qırıb.

Tokayev əvvəlcə lövhənin üzərinə imzasını atıb, daha sonra Çunqvon Çounun xahişi ilə onu iki yerə bölüb. Qeyd edək ki, 9-cu dan qara kəmər tekvondoda ən yüksək səviyyə hesab olunur.

Tokayevin rəsmi bioqrafiyasında döyüş sənətlərinə marağı barədə məlumat yer almır. Lakin onun stolüstü tennis həvəskarı olduğu məlumdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru