KİV: Trampın tarifləri ABŞ-da inflyasiyaya səbəb olacaq
Bu gün, 00:15
ABŞ prezidenti Donald Trampın ticarət siyasəti tezliklə adi istehlakçılara təsir edəcək. Onların proqnozlarına görə, amerikalılar tariflərin tətbiqindən sonra xərclərin əsas hissəsini ödəməli olacaqlar.
"Bloomberg" "Goldman Sachs Group" investisiya şirkətinin məlumatlarına istinadən yazır.
Hazırda Amerika şirkətləri xərclərin böyük hissəsini - 64%-ə qədərini öz üzərinə götürüb. İyun ayı üzrə ölkə xərclərinin təxminən 22%-ni istehlakçılar ödəyib. Lakin ekspertlər bu rəqəmin 67%-ə qədər arta biləcəyi barədə xəbərdarlıq ediblər.
"Goldman Sachs Group" həmçinin əsas inflyasiya göstəricisinin - əsas istehlak xərcləri indeksinin artımını proqnozlaşdırır. İllik ifadədə 3,2%-ə qədər artacaq, tariflər olmadan isə 2,4% olacaq.
Aprelin 2-də ABŞ 185 ölkədən gələn mallara 10-50% rüsum tətbiq edib. Avqustun 1-də cənab Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb. Onlar avqustun 7-də qüvvəyə minib.