Azərbaycanda olan işsizlər daha çox hansı ölkələrə səfər edib? - CƏDVƏL
Bu gün, 09:58
Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında işsiz kimi qeydiyyatda olan 2007 nəfər Azərbaycandan xaricə səfər edib.
Siyahının lideri Gürcüstan olub. Qeyd edilən dövrdə bu ölkəyə 946 səfər edilib. İkinci yerdə 398 səfərlə Rusiya Federasiyası qərarlaşıb. Qazaxıstana 272, Birləşmiş Ərəb Əmirliklərinə isə 106 səfər qeydə alınıb. Çin 61, Moldova isə 58 səfərlə ilk onluqda yer alıb.
Digər istiqamətlər arasında Belarus 38, Polşa 31, Özbəkistan 27, Avstriya 16, İran və İsrail hər biri 15, Hindistan 7 səfər təşkil edib. Niderland və Lüksemburqa isə hər birinə 2 səfər edilib.