Finlandiya Rusiya ilə sərhədi fevrala qədər açmayacaq

12-01-2024, 00:14           
Finlandiya Rusiya ilə sərhədi fevrala qədər açmayacaq
Finlandiya Rusiya ilə sərhədi fevrala qədər açmayacaq.

APA YLE-yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin daxili işlər naziri Mari Rantanen deyib.

Bildirilib ki, hökumət Finlandiyanın şərq sərhədində sərnişin daşınmasına qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib. Hökumətin qərarına əsasən, Rusiya ilə sərhəd fevralın 11-dək bağlı qalacaq.

Daxili işlər naziri açıqlamasında deyib ki, alınan məlumata əsasən, yaxınlıqdakı ərazidə hələ də şərq sərhədinin açılmasını gözləyən immiqrantlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru