Adına bu şirkətləri açıb vergi ödəmədi: 100 mindən çox borcu yarandı

Bu gün, 15:24           
Adına bu şirkətləri açıb vergi ödəmədi: 100 mindən çox borcu yarandı
Azərbaycanda adına xeyli sayda şirkət yaradan şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Valyuta.az-ın məlumatına görə, Orxan Mehrabov Rüstəm oğlunun adına olan "VEKOLT" Məhdud Məsuliyyətli Cəmiyyəti, "FASTERONT 2005" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər şirkətlərin olduğu məlum olub.

O.Mehrabovun adında olan şirkətlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 102105,65 manat məbləğində vergi borcu yaranıb. Bununla belə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin adında olan bütün şirkətlərin riskli vergi ödəyicisi olması üzə çıxıb.

İdarə tərəfindən ərizə ilə məhkəməyə müraciət edilib.

Məhkəmənin qərarı ilə, 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Orxan Mehrabova sözügedən vergi borcunun ödənilməsi üçün vaxt verilib. Bununla yanaşı onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru