Raşida Dati Fransanın mədəniyyət naziri təyin edilib 12-01-2024, 07:10 Fransanın keçmiş prezidenti Nikola Sarkozinin müttəfiqi Raşida Dati ölkənin yeni mədəniyyət naziri təyin olunub."Report" xəbər verir ki, bu barədə BFMTV kanalı mənbələrə istinadən məlumat yayıb.Dati 2022-ci ilin mayından mədəniyyət naziri vəzifəsində çalışan Rima Abdul-Malakı əvəz edəcək.Qeyd edək ki, N.Sarkozi prezident seçkilərində qələbə qazandıqdan sonra 2007-2009-cu illərdə Fransanın ədliyyə naziri vəzifəsində çalışıb. Facebook-da paylaş