İran ABŞ hərbi bazasına zərbələr endirdi

17-01-2024, 08:14           
İran ABŞ hərbi bazasına zərbələr endirdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib.

Hazırda Ərbildə hava hərəkəti dayandırılıb. Üç pilotsuz təyyarə vurulub. Amerika tərəfi hərbçilər arasında itkilərin olmadığını bildirib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, "kəşfiyyat qərargahları"na və "anti-İran" qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru