Gürcüstanın turizm gəlirləri 4 milyard dolları ötüb

12-02-2024, 12:27           
Gürcüstanın turizm gəlirləri 4 milyard dolları ötüb
2023-cü ildə Gürcüstanın beynəlxalq turizmdən gəlirləri pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 26,2% (856,7 milyon dollar) artaraq 4,1 milyard dollara çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, təkcə ötən ilin dördüncü rübündə Gürcüstan turizmdən 873,67 milyon dollar gəlir əldə edib. Ötən ilin oktyabr-dekabr ayları ərzində Gürcüstanı 1,5 milyon nəfər ziyarət edib. Bunun təxminən 1,01 milyonunu beynəlxalq turistlər təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.