ABŞ hökuməti nüvə sınaqlarını bərpa etməyə ehtiyac görmür

14-03-2024, 10:14           
ABŞ hökuməti nüvə sınaqlarını bərpa etməyə ehtiyac görmür
ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) mütəxəssisləri Vaşinqtonun indi nüvə sınaqlarını bərpa etməyə ehtiyac duymadığını hesab edirlər.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında fəaliyyət göstərən NNSA-nın rəhbərinin birinci müavini Frenk Rouz bildirib.

“Amerika qanunlarına görə, prezident bizə göstəriş verərsə, biz nüvə sınaqlarına hazırlığımızı saxlamalıyıq, lakin NNSA hesab edir ki, nüvə arsenalımızın idarə edilməsinə sərmayələrimizi nəzərə alaraq, sınaqlara qayıtmağa ehtiyac yoxdur”, - o, Vaşinqtonun Brukinqs İnstitutunda çıxışı zamanı deyib. Rouz əlavə edib ki, ABŞ-ın hazırda belə planı da yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru