Britaniya Polşada “Sky Saber” müdafiə sisteminin yerləşdirilməsi müddətini uzadıb 14-03-2024, 11:04 Böyük Britaniya ortamənzilli “Sky Saber” hava hücumundan müdafiə sisteminin Polşada yerləşdirilməsi müddətini 2024-cü ilin sonuna qədər uzadıb.Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış britaniyalı həmkarı Qrant Şapps ilə görüşündən sonra jurnalistlərə bildirib.“Sky Saber” hava hücumundan müdafiə sistemi Polşada bu ilin sonuna qədər qalacaq”, - o qeyd edib. Facebook-da paylaş