Amerika bankı külli-miqdarda cərimələndi

15-03-2024, 09:54           
Amerika bankı külli-miqdarda cərimələndi
ABŞ-ın ən böyük banklarından biri olan "JPMorgan Chase" 348,2 milyon dollar cərimələnib.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb
sözügedən bankın kommersiya monitorinq proqramındakı çatışmazlıqlar olub.
Belə ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) "JPMorgan Chase"-in firmanın və müştərilərinin kommersiya fəaliyyətlərini izləmə proqramının yetərsiz olduğunu bildirib.
FED Banka 98,2 milyon dollar cərimə kəsib və onun 2014-2023-cü illər arasındakı fəaliyyətini nəzərdən keçirməsini və bununla bağlı tədbirlər görməsini tövsiyə edib.
Açıqlamada o da bildirilib ki, FED Valyuta Nəzarəti Ofisi (OCC) ilə birgə araşdırma aparıb. İki təşkilatın birgə qərarı ilə bank ümumilikdə 348,2 milyon dollar cərimə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru