Səudiyyə Ərəbistanında qeyri-neft gəlirləri tarixin ən yüksək səviyyəsinə çatıb
15-03-2024, 19:19
Son bir neçə ildə ölkə iqtisadiyyatını neft asılılığından xilas etmək üçün addımlar atan Səudiyyə Ərəbistanı rəhbərliyi 2023-cü ildə qeyri-neft məhsullarından ümumi daxili məhsulun 50 faizini əldə edib.
İndex.az xəbər verir ki, qeyri-neft iqtisadiyyatının ümumi həcmi 453 milyard dollara çatıb.
Səudiyyə Ərəbistanında qeyri-dövlət investisiyaları da son iki ildə yüzdə 57 artaraq 255 milyard dollarla tarixin ən yüksək səviyyəsinə çatıb.
Qeyri-neft gəlirlərindəki artımın ən böyük payı incəsənət və əyləncə sektorunda olub. Sənaye 2021-2022-ci illərdə gəlirlərini iki dəfədən çox artıra bilib.
Artım templəri səhiyyə və təhsil kimi sosial xidmətlərdə yüzdə 10,8, nəqliyyat və rabitədə yüzdə 3,7, otel və restoranlarda yüzdə 7 olaraq ölçüldü.