NASA Mars-da hərəkət edən obyekt aşkar etdi- FOTO

18-08-2016, 22:24           

Mars planetinin “Curiosity” marsoxodu vasitəsilə əldə olunan son şəkillər elm adamları arasında fikir ayrılığına səbəb olub.

Publika.az xəbər verir ki, qırmızı planetin səthində mütəxəssislər tərəfindən şübhəli obyekt aşkar edilib. NASA alimləri görüntüdə Marsın səthində arxasınca çox böyük iz qoyan, daşa bənzər əşyanın hərəkət etdiyini müşahidə ediblər. “Curiosity” aparatı tərəfindən bu obyektin bir neçə şəkilini çəkmək mümkün olub. NASA əldə olunmuş şəkilləri cəmiyyətə təqdim etsə də, hələ onları şərh etmir. Planetin səthində daşı hansı qüvvənin hərəkətə gətirdiyi və bu anormallığın səbəbləri sual olaraq qalır. (Azərtac)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru