Maydan etibarən Gürcüstan vətəndaşları Çinə vizasız səfər edə biləcəklər. Bu barədə Gürcüstan XİN-in X sosial hesabında yazılıb.
"2024-cü il mayın 28-dən Gürcüstan vətəndaşları adi pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında ikitərəfli saziş qüvvəyə mindiyi üçün Çinə vizasız gedə və orada 30 günə qədər qala biləcəklər",- məlumatda deyilir.