Azərbaycanlı Krımın yeni prokuroru təyin edilib

23-08-2016, 07:47           

Ukraynanın baş prokuroru Yuri Lutsenko əslən azərbaycanlı olanGündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.

teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edək ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Gündüz Məmmədovu prokurorluğun kollektivinə təqdim edib.

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru