Ermənistan mətbuatı nədən yazır - MARAQLI

23-08-2016, 22:33           
«Fnews.am» Hər dəfə mənə mane olurlar. Nazirlə görüşə bilmirəm. Xanım Varduhi Kirakosyan 15 ildən çox Üçməüdzin hava əleyhinə xüsusi bölmədə xidmət edib. Xidməti müddətində o, xərçəng xəstəliyinə tutulub. O, təkidlə bildirir ki, xəstəliyi və xidməti sənədlərdə sübutla göstərilib. Varduhi 3 dəfə nazirliyə müraciət edərək, xidmət zamanı yaranmış sağlamlıq probleminin həll olunmasını xahiş edib. Müdafiə nazirliyi isə ona müəyyən məbləğ müqabilində məsələnin bağlanmasına çalışır. 2014-cü ildə Varduhi Kirakosyan “sağ sinə şiş”i xərçəng diaqnozu ilə “Erebuni” tibb mərkəzinə qəbul edilib. Bir müddət keçdikdən sonra o, cərrahiyyə əməliyyatı olunub. Varduhi bildirib ki, bu il və keçən il ona Üçmüədzin şəhər bələdiyyəsi Karen Qriqoryan 200 min dram (673 AZN) məbləğində köməklik göstərib. Armavirinin əyalət meri Aşot Qahramanyan da keçən il ona 60 min dram (201 AZN) köməklik göstərsə də, bu il kömək edə bilməyib, deyib ki, əyalət büdcəsi çox azdır. Varduhi Kirakosyan jurnalistlərə verdiyi müsahibəsində deyib ki, xəstəliyi ilə bağlı qəbul etdiyi dərman preaparatının qiyməti çox baha olduğundan öz maddi vəziyyəti imkan vermir. O, deyib ki, xəstəxanadan ayrılsa da mülaicəsinə davam edə bilmir. Varduhi Kirakosyan: “Nazirlik mənimlə polçudes oynayır. Mən deyəndə ki, nazirlə görüşmək istəyirəm, mənə çox az pul təklif edirlər. Deyirlər ki, bu görüş alınmaz”. Çox pis şəraitdə yaşayan qadına kömək edən heç kim yoxdu.

«Replik.am» Hərbi ekspert: Ərazilərin güzəştə gedilməsi mövzusu təbliğat sabunudur. Artıq başladılmış seçki kompaniyası orbitadadır. Hərbi ekspert Karen Vrtanesyan müsahibəsində Dağlıq Qarabağın azad edilmiş ərazilərin geri qaytarılması haqqında danışıb. “Mən azad edilmiş Dağlıq Qarabağ ərazilərinin geri qaytarılması haqqında söz-söhbətləri daha çox təbliğat sabunu kimi qiymətləndirirəm. Düşünmürəm ki, Ermənistanda hansısa biri nəyisə güzəştə getmək üçün tədbir görsün”. O, Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsi məsələsində Rusiyanın fəallaşmasının normal olduğunu deyib. Onun fikrincə, heç bir halda Ermənistan nəyəsə məcbur edilə bilməz. Ancaq istənilən halda ehtiyatlı olmaq lazımdır.

«Lakmoes.am» Manukyanların ayaqları Azərbaycan silahı ilə vurulub. Yayılan xəbərlərdə deyilir ki, Pavel və Aram Manukyanların ayaqlarına Azərbaycan istehsalı “İstiqlal” silahı ilə atəş açılıb. Bu silahın kimin, nə üçün, necə Ermənistana gətirdiyi məlum deyil. Hüquq strukturlarından tələb olunur ki, tezliklə bu məsələ araşdırılsın. Qeyd edək ki, günlər əvvəl Pavel Manukyanın vəkili Harutyun Bağdasaryan jurnalistlərə verdiyi müsahibəsində bu barədə danışıb. “Pavel Manukyan bildirib ki, ona açılan atəş Ermənistanda istifadə olunmayan silahdı. Söhbət “İstiqlal” silah sistemindən gedir. Həmin silah oğlu Aram Manukyana qarşı tətbiq olunub”.

Ermənistan mətbuatı nədən yazır - MARAQLI
«Fnews.am» Hər dəfə mənə mane olurlar. Nazirlə görüşə bilmirəm. Xanım Varduhi Kirakosyan 15 ildən çox Üçməüdzin hava əleyhinə xüsusi bölmədə xidmət edib. Xidməti müddətində o, xərçəng xəstəliyinə tutulub. O, təkidlə bildirir ki, xəstəliyi və xidməti sənədlərdə sübutla göstərilib. Varduhi 3 dəfə nazirliyə müraciət edərək, xidmət zamanı yaranmış sağlamlıq probleminin həll olunmasını xahiş edib. Müdafiə nazirliyi isə ona müəyyən məbləğ müqabilində məsələnin bağlanmasına çalışır. 2014-cü ildə Varduhi Kirakosyan “sağ sinə şiş”i xərçəng diaqnozu ilə “Erebuni” tibb mərkəzinə qəbul edilib. Bir müddət keçdikdən sonra o, cərrahiyyə əməliyyatı olunub. Varduhi bildirib ki, bu il və keçən il ona Üçmüədzin şəhər bələdiyyəsi Karen Qriqoryan 200 min dram (673 AZN) məbləğində köməklik göstərib. Armavirinin əyalət meri Aşot Qahramanyan da keçən il ona 60 min dram (201 AZN) köməklik göstərsə də, bu il kömək edə bilməyib, deyib ki, əyalət büdcəsi çox azdır. Varduhi Kirakosyan jurnalistlərə verdiyi müsahibəsində deyib ki, xəstəliyi ilə bağlı qəbul etdiyi dərman preaparatının qiyməti çox baha olduğundan öz maddi vəziyyəti imkan vermir. O, deyib ki, xəstəxanadan ayrılsa da mülaicəsinə davam edə bilmir. Varduhi Kirakosyan: “Nazirlik mənimlə polçudes oynayır. Mən deyəndə ki, nazirlə görüşmək istəyirəm, mənə çox az pul təklif edirlər. Deyirlər ki, bu görüş alınmaz”. Çox pis şəraitdə yaşayan qadına kömək edən heç kim yoxdu.

 «Replik.am» Hərbi ekspert: Ərazilərin güzəştə gedilməsi mövzusu təbliğat sabunudur. Artıq başladılmış seçki kompaniyası orbitadadır. Hərbi ekspert Karen Vrtanesyan müsahibəsində Dağlıq Qarabağın azad edilmiş ərazilərin geri qaytarılması haqqında danışıb. “Mən azad edilmiş Dağlıq Qarabağ ərazilərinin geri qaytarılması haqqında söz-söhbətləri daha çox təbliğat sabunu kimi qiymətləndirirəm. Düşünmürəm ki, Ermənistanda hansısa biri nəyisə güzəştə getmək üçün tədbir görsün”. O, Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsi məsələsində Rusiyanın fəallaşmasının normal olduğunu deyib. Onun fikrincə, heç bir halda Ermənistan nəyəsə məcbur edilə bilməz. Ancaq istənilən halda ehtiyatlı olmaq lazımdır.

 «Lakmoes.am» Manukyanların ayaqları Azərbaycan silahı ilə vurulub. Yayılan xəbərlərdə deyilir ki, Pavel və Aram Manukyanların ayaqlarına Azərbaycan istehsalı “İstiqlal” silahı ilə atəş açılıb. Bu silahın kimin, nə üçün, necə Ermənistana gətirdiyi məlum deyil. Hüquq strukturlarından tələb olunur ki, tezliklə bu məsələ araşdırılsın. Qeyd edək ki, günlər əvvəl Pavel Manukyanın vəkili Harutyun Bağdasaryan jurnalistlərə verdiyi müsahibəsində bu barədə danışıb. “Pavel Manukyan bildirib ki, ona açılan atəş Ermənistanda istifadə olunmayan silahdı. Söhbət “İstiqlal” silah sistemindən gedir. Həmin silah oğlu Aram Manukyana qarşı tətbiq olunub”.

 «News.am» Ermənistan tərəfi Rusiya meyilli mövqe tutmaqla Qarabağı itirəcək. Ara Babyan Ermənistan əgər Rusiya meyilli mövqe saxlamaqda davam etsə Dağlıq Qarabağı itirəcək. “Modus Vivendi” analtik mərkəzinin rəhbəri Ara Babyan avqustun 22-i baş tutmuş mətbuat konfransında bu barədə bildirib. Onun sözlərinə görə, Qarabağ probleminin tənzimlənməsi prosesi yekun mərhələdədir, məhz buna görədə güzəştlər barədə danışıqlar gedir. Babyan bildirdi ki, 1-2 aydan sonra Rusiya Qarabağ məsələsində cəhd edəcək passiv mövqe tutsun. Baş verənləri gözləyib görmək lazımdır. Mən düşünmürəm ki, Ermənistanda hər kəs Rusiya ilə müttəfiq əlaqələrin inkişafına qarşı çıxsın. Lakin bir məsələ qaldırmaq lazımdır ki, bizim müttəfiqimiz düşmənə silah satmamağa və bizim müttəfiqimiz qalmağa davam edə bilər?!
 «Lragir.am» Əlil pilotlar hələ müavinət ala bimirlər. Əlil olmuş pilotlar kompensasiya almaq üçün aksiyaları davam etdirirlər. Hökümət isə problemi həll etmək üçün heç bir iş görmür. İşlədikləri müddətdə əlil olmuş pilotlar hələ 10 il əvvəl “Ermənistan Avisasiya” şirkəti tərəfindən sağlamlıqlarına dəyən ziyana görə kompensasiya alırdılar. “Ermənistan Aviasiya” şirkəti 2006-cı ildə ləğv edildi. Bundan sonra bu məbləğin ödənilməsi üçün məsuliyyəti Ermənistan höküməti öz üzərinə götürdü. Lakin bu günə qədər hökumət tərəfindən heç bir ödəniş edilməmişdir. Qeyd edək ki, əlil pilotlar baş nazir Hovik Abrahamyandan verdiyi sözə əməl etməyi tələb edirlər. Onlar qeyd edirlər ki, baş nazir keçə ilin noyabr ayından söz verib ki, bu ilin mart ayında ödənişlər həyata keçirilməli idi.

«Lragir.am» “Bu bizim artıq ikinçi qaçışımızdır”. Qaçqın talışlar öz problemləri haqqında danışdılar. Ağdərə rayonu Alaşan yaşayış məntəqəsinə köçürülmüş aprel müharibəsi və özlərinin yeni yaşayış məntəqələri haqqında danışdılar. Talışlı Zarik qocanın müsahibəsində deyir: “Atəş səsləri eşidəndə, yaxınlaşırdıq, görürdük ki, kəndin insanları canavarları öldürürlər. Tez-tez canavarlar qoyun sürüsünə hücum edirdilər. Bu dəfə məlum oldu ki, elə deyil. Partlayışlar bir-birinə təqib etməyə başladı. Müdafiə üçün hamımız vanna otağına girdik. Sonra evin işıqları kəsildi. Bizim qonşunun oğlu azərbaycanlıların onların evinə yaxınlaşdığını gördü. Bizdən soruşdu ki, mənim atamı anamı görürüsüz? Lakin onların evi bizim evdən kifayət qədər uzaqdır, kəndin sonuncu evidir. Aydın oldu ki, onlar ölüblər. Əgər bizə kömək etməsəydilər, bizi də öldürmüşdülər. Evdə 8 nəfərik, iki nəfər də bizim qonşular ilə 10 nəfər. Sonra biz Madağisə getdik. Orda da eyni vəziyyət idi. Kəndin üzərinə atəşlər yağırdı. Beləliklə Biz Drombon kəndinə çatdıq, sonra Alaşan yaşayış məntəqəsində yerləşdik. Talışlı Vahram: “Kənd tamamilə boşaldılıb.heç kim yaşamır. İki-üç gündən bir gedirəm əncir və üzüm toplayıram sonra Alaşana qayıdıram. Azərbaycanlıların mövqeləri kəndə çox yaxındır. Məktəb ümumiyyətlə daimi müşahidə altında yerləşir,şagirdlər orada necə oxusunlar? Bəzi evlər açılan atəş nəticəsində məhv edilib. Bu bizim ikinci qaçışımızdır. 17 ailə Alaşanda yerləşib. Çoxları Ermənistanın Çarençavan və Hrazdan şəhərlərinə yerləşdiriliblər. Bəziləri Rusiydadır.Qarabağ müharibəsi zamanı bizim dəstə yalnız bu meşədə olub. Mən bilirəm ki,orada qış çox soyuq olur. Bir il dözə bilər bəs sonra?. Bütün yaşayış məntəqələrində ümumi 1 paltaryuyan maşın və bir hamam var. Qışda nə olacaq bilmirəm- bildirdi”.

«Nt.am» Politoloq: Qarabağ fiktiv respublikadır. Məlum olduğu kimi avqustun 15-i qondarma Qarabağ parlamenti konstitusiya dəyişiklikləri layihəsini nəşr etdirdi. Jurnalistlərə müsahibə verən politoloq Hayk Martirosyan jurnalistin “hal-hazırda Qarabağda dəyişiklərə ehtiyac böyük idi” sualına belə cavab verib: “Tezliklə Qarabağ rəhbərinin səlahiyyətləri başa çatır. Ermənistanda da buna oxşar model tətbiq edilib. Xankəndinin İrəvandan nümunə götürməsi nəyə lazım idi? Buna ehtiyac yox idi. Qarabağ fiktiv respublikadır. Reallıqda Ermənistanın ən mühüm əyalətidir. Qarabağa bu lazım deyildi”. Onun sözlərinə görə, Ermənistanda növbəti ildə qarmaqarışıq dövlət hakimiyyəti olacaq. Yəni əvvəlki dövlət məmurları qalmaqla hamısı vahid mərkəzdə cəmləşəcəklər, daha sonra bu Qarabağda tətbiq olunacaq. Hayk Martirosyan: “Konstitusiya dəyişikliyi hər ərazidə öz problemini həll edir. Yəni hazırkı hakimiyyət öz mövqeyini təkmilləşdirir, səlahiyyətlərini genişləndirir”.

«Politik.am» 5 ay keçib Müdafiə Nazirliyi hələ ölən hərbiçilərin dəfn pullarını verməyib. Aprel müharibəsində həlak olmuş hərbiçilərin Gümrü panteonu ətrafında vəziyət kəskinləşir. Dövlət müdaxiləsi çərçivəsində Gümrünün “Şirak” qəbiristanlığından məzarın tikilməsi üçün yer ayrılıb 5 ay keçib lakin məzarlara bitişik magistral yoldan keçən beton divar belə inşa edilməyib. Qohumları məzarların üstü iləə maşınların gəlib keçdiyini bildiriblər. Bir neçə gün əvvəl onlar bəyan etdilər ki, Müdafiə Nazirliyinin dəstəyindən imtina ediblər.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.