İtaliyanın müdafiə naziri iclasdan birbaşa xəstəxanaya aparıldı
22-05-2024, 09:37
İtaliyada ölkənin müdafiə naziri Guido Krozetto təcili xəstəxanaya yerləşdirilib. Həkimlər onu birbaşa Ali Müdafiə Şurasının iclasından götürərək Romadakı San Karlo Xəstəxanasına aparıblar.
Nazirə perikardit diaqnozu qoyulub və əlavə müayinələrlə təsdiqlənib.
Bildirilir ki, 2023-cü ildə də nazir eyni xəstəxanaya yerləşdirilib.