ABŞ kürdlərin müstəqilliyini dəstəkləmədiyini bildirdi

27-08-2016, 13:16           
ABŞ kürdlərin müstəqilliyini dəstəkləmədiyini bildirdi
Birləşmiş Ştatlar vahid Suriyanın qorunub saxlanması mövqeyindən çıxış edir və kürdlərin müstəqilliyini dəstəkləmir. TASS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

“Biz (ABŞ hakimiyyəti — red.) vahid Suriya tərəfdarıyıq. Biz müstəqil kürd təşəbbüsünü dəstəkləmirik. Onlarla və kürd qüvvələrinin bəzi ünsürləri ilə iş olduqca məhdud əsasda aparılıb”, — deyə Kerri Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekununda qeyd edib.

Rusiyanın XİN rəhbəri öz növbəsində bildirib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olaraq qalmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru