“Rusiya ilə razılaşma yoxdur” – Pentaqon

27-08-2016, 13:33           
“Rusiya ilə razılaşma yoxdur” – Pentaqon
ABŞ və Rusiya hərbçiləri arasında Suriyada əməkdaşlığa dair hər hansı razılaşma hələ ki, mövcud deyil.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.

“Düzdür, uzunmüddətli razılaşmalara həsr olunun diskussiyalarda bir sıra ziddiyyətlər aradan qaldırılıb. Lakin dövlət katibi Con Kerrinin dediyi kimi, aramızda həll olunmayan məsələ və problemlər hələ də qalmaqdadır. Hazırda əməkdaşlığa dair rəsmi razılaşmamız yoxdur”, deyə P.Kuk bildirib.
Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş baş tutub. Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru