Rusların dünyanı qorxudan silahı "brak" çıxdı (FOTO)
9-04-2015, 11:38
Rusların ən yeni tankı T-14 “Armata”nın Qələbə paradının məşqi zamanı iki dəfə mühərriki sönüb.
ANS PRESS-in məlumatına görə, “Gazeta.ru”ya yüksək rütbəli mənbənin bildirdiyinə görə Alabino poliqonunda keçirilən məşqlərdə tankın “aqreqat transmissiyasının idarəetmə hissələri” işə düşməyib.
“İki məşq dayanıb. Bu hesabata görə belədir. Hesabatda kritik olmasa da, aqreqat transmissiyasının idarəetməsində işə düşməmək, mövqe sensorlarında qüsurlar qeyd olunub. Transmissiyaya mühərriklə ötürücü vallar arasında olan hər bir şey aid edilir”- deyə müsahib aydınlıq gətirib.
Tankı istehsal edib satışa buraxan “Uralvaqonzavod” transmissiya aqreqatlarının idarətmə hissələrində qüsürların olmasını təkzib edib.
“Bütün məsuliyyətimlə sizə bildirirəm ki, bu ağ yalandır və belə bir hadisə baş verməyib. Parad meydançasında mexanikləşmiş kalonun məşqləri davam edir. Məşqlərin davam etməsi üçün problem baş verməyib. Məşqlərin dayanmaması üçün servis briqadaları ilə müxtəlif ixtisaslı dəstək və köməklik göstəririk”, - deyə zavodun nümayəndəsi bildirib.
Qeyd edək ki, Moskva ətrafındakı Alabino paliqonunda 12 ədəd T-14 “Armata” tanklarının məşqləri gedir. Onlar 9 mayda Qırmızı meydanda keçiriləcək Qələbə paradında rusların fəxrlə təqdim edəcəyi ən son model mexanikləşdirilmiş hərbi maşınlarıdır.