Baş nazirə bombalı məktub göndərən 76 yaşlı pensiyaçıya 18 il həbs cəzası
25-07-2024, 12:57
İspaniyanın baş naziri Sançesə bombalı məktub göndərən 76 yaşlı pensiyaçıya 18 il həbs cəzası verilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Avropa mediası yazıb.
Xatırladaq ki, İspaniyada 76 yaşlı Pompeyo Qonzales Pascual 2022-ci ildə İspaniyanın baş naziri Pedro Sançesə və ABŞ və Ukraynanın paytaxt Madriddəki səfirliklərinə bomba məktubu göndərdiyi səbəbi ilə 2023-cü ilin yanvarında həbs edilib.
İspaniya Milli Məhkəməsi ölkənin baş naziri Pedro Sançes başda olmaqla bir çox hərbi və diplomatik hədəflərə bombalı məktublar göndərən şəxsin 18 il həbs cəzasına məhkum edilməsinə qərar verib.
Qərara əsasən, 76 yaşlı Pompeyo Qonzales Pascual terror aktları törətməkdə təqsirli bilinərək 10 il, qanunsuz partlayıcı maddələrin hazırlanması və terror məqsədləri üçün istifadə edilməsinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Reklamı bağlayın Milli Məhkəmənin hakimləri qərara aldılar ki, Pascual “Rusiyanın işğalından sonra onları Ukraynaya verdiyi dəstəkdən imtina etməyə sövq etmək üçün İspaniya və Amerika hökumətlərinə təzyiq etməklə” hərəkət edib.