Atasından 8 yaş kiçik qadın bacı və qardaşını doğdu - FOTO

9-04-2015, 11:59           
Atasından 8 yaş kiçik qadın bacı və qardaşını doğdu - FOTO
Bu ailə indi ölkədə geniş müzakirə edilir, çünki ata, ana, övladlar, nənə və baba arasındakı qohumluq əlaqələri o qədər dolaşıqdır ki, onları "dünyanın ən qarışıq ailəsi" adlandırmağa başlayıblar.

Britaniyanın paytaxtı Londonun qərbindəki Oksbricdə yaşayan 46 yaşlı Ellen Boun üç övlad anasıdır. Lakin onun dünyaya gətirdiyi uşaqlarından yalnız biri rəsmi olaraq Ellenin övladı sayılır. Ellenin doğduğu iki övlad isə sənədlərdə onun qardaşı və bacısıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ellen Boun anası Cenni və atalığı Toninin xahişlərindən, təkidlərindən sonra surroqat analıq etməyə razılıq vermişdi.

Onun doğduğu əkizlər Alekslə Rut qadının övladları olsalar da, sənədlərdə qardaşı və bacısı sayılırlar. Çünki həmin sənədlərə görə, Aleks və Rut Bounlar Toni ilə Cenninin övladlarıdır.

Və yenə də həmin sənədlərə görə, Ellen Bounun böyük qızı Meddi əkizlər Aleks və Rutun faktiki bacısı, sənədlərdə isə bacıqızısı sayılır.
Yəni Meddi qardaşı Alekslə bacısı Ruta həm "qardaş" və "bacı", həm də "dayı" və "xala" deyə bilər.
Meddinin 17, əkizlər Aleks və Rutun 12 yaşları var.

"Anamla atam yenidən övlad sahibi olmaq istədilər. Lakin anamın reproduktiv imkanları olmadığından mənə üz tutaraq onların övladları üçün surroqat ana olmağımı istədilər. Əvvəlcə razılaşmadım. Amma valideynlərimin xahişlərini, təkidlərini nəzərə alaraq razılıq verdim. Alekslə Rut doğuldular. Onlar övladlarımdır, amma hüquqi cəhətdən bacı və qardaşım sayılırlar", - Ellen Boun söyləyib.

Ailəni maraqlı edən məqamlar bununla bitmir. Ailə başçısı, 54 yaşlı Toni Boun Keniyada doğulub, Hindistanda böyüyüb, sonradan Britaniyada yaşamağa başlayıb.

Toninin həyat yoldaşı, 62 yaşlı Cenninin atası şotlandiyalı, anası keltdir. Onun ana babası alman, ata babası irlanddır.

Cenninin ilk ərindən bir oğlu və bir qızı vardı. Toninin 31, Cenninin 42 yaşı olanda onlar tanış olmuşdular və az sonra evləndilər.

Atasından cəmi 8 yaş kiçik olan Ellenin dediyinə görə, onların ailəsini anormal saysalar da, özlərini normal hesab edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.