Merkeldən Türkiyəyə jest

7-09-2016, 22:27           
Merkeldən Türkiyəyə jest
Miqrant axını ilə bağlı imzalanan razılaşma həm Türkiyənin, həm də Avropa Birliyinin mənafeyinə uyğundur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.

“Müqavilə imzalanandan bəri Egey dənizində ölənlərin sayı kəskin azaldı. Türkiyə ilə imzalanan razılaşma Misir və Tunis hökumətləri üçün bir model rolunu oynaya bilər”, - kansler bildirib.

Qeyd edək ki, miqrant axını ilə bağlı imzalanan razılaşmaya görə Angela Merkel ölkəsində müxalifət tərəfindən ciddi tənqidlərə məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru