Yunanıstana qaçmaq istəyən admiral tutuldu

8-09-2016, 01:03           

Türkiyədə FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Yunanıstana qaçmağa hazırlaşan Gölcük Donanmasının komandanı, admiral Xeyrəddin İmran həbs edilib.

Axar.az xəbər verir ki, İmran qiyam cəhdi ilə bağlı aparılan yoxlamalar zamanı xüsusi nəzarətdə saxlanılırdı.

Lakin onun Mərmərə Aksöz Cənub Dairəsinin admiralı Nazmi Ekici ilə birgə Yunanıstana qaçmaq üçün İstanbulda evlərin birində plan qurduqları məlum olub.

Bundan xəbər tutan Tuzla mahalının polis əməkdaşları hər iki şəxsi yaxalayıb.

Təqsirləndirilən şəxslərin ifadələri alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru