ABŞ-ın rəqib partiyalarının tarixi şəhərdə seçki yürüşləri

8-08-2024, 18:05           
ABŞ-ın rəqib partiyalarının tarixi şəhərdə seçki yürüşləri
ABŞ prezident seçkilərində ölkəkin əsas iki partiyasının namizədləri məlum oldu. Hər iki partiya çərşənbə axşamı ölkənin tarixi şəhərində tam güclə seçki təşviqatı kampaniyasına davam edir.

ABŞ Qurucu Atalarının müstəqillik elan etdiyi bir şəhərdə - Filadelfiyada çərşənbə axşamı hər iki siyasi partiya demokratiyanın zirvəsini nümayiş etdirdi.

Demokratlar Partiyasından prezidentliyə namizəd Vitse-prezident Kamala Harris ilk dəfə olaraq öz silahdaşı Minnesota qubernatoru Tim Valzı təqdim etdi: "Tim və mənim, Trampa və əsas azadlıqlarımızı əlimizdən almaq istəyənlərə mesajımız var - biz geri çəkilməyəcəyik".

Hərbçi, məktəb müəllimi, futbol məşqçisi olmuş, daha sonra isə siyasətə qoşulmuş Valz, öz nitqində siyasi rəqiblərinə hücum etdi: Bu, sadəcə olaraq mənim öz müşahidələrimdir. Və mən bunu mütləq deməliyəm. Çünki sən bunu bilirsən, hiss edirsən. Bu insanlar ürpərdici və həqiqətən də əcaib adamlardır. Görünən budur, həqiqətən də görünən budur".

Bəzi demokratlar deyirlər ki, Valz həlledici ştatlardakı, əvvəllər Trampa səs verən demokratları geri qaytaracaq. Harris tərəfdarı Dan Ladise: "Düşünürəm ki, bu, Harris kampaniyasının qalib gəlməli olacağı əsas demoqrafik kəsimdir. Fikrimcə ki, Tim Valz həqiqətən də bu seçicilərlə xitab edir".

Təxminən bir neçə saat sonra isə şəhərin digər hissəsində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd JD Vance fərqli formada - medianın suallarını cavablandıraraq özünəməxsus şəkildə kampaniya tədbiri aparırdı - Harrisin silahdaşına ünvanlanmış iti ifadələrlə: "Tim Valzın keçmişi gülməlidir. O, bütün ABŞ hökumətində istənilən səviyyədə ən ifrat sol radikallardan biri olub".

Vans çıxışı zamanı, immiqrasiya, fentanol və iqtisadiyyatla bağlı Demokratlara zərbə vuraraq, səhmlərin qiymətlərinin düşməsini "Kamala Qəzası" adlandırıb.

Qərarsız seçici Vayn İstman isə əlində Vansin memuarı ilə növbədə dayanaraq tədbirə qatılmağa çalışır: "Bir siyasətçinin də yazıçı olması qeyri-adidir, ona görə də mənə maraqlıdır".

90 gün sonra ABŞ seçiciləri keçmiş prezidentlə hazırkı vitse-prezident arasında qərar verəcəklər. Lakin Harris komandası Tramp iqtidarının təkrarlanmasının qarşısını almaq üçün öz şüarını səsləndirir.

Bundan sonra isə Harris/Valz komandası növbəti beş gündə daha beş əhəmiyyətli ştata səfər edəcək. Bunlar Viskonsin, Miçiqan, Şimali Karolina, Arizona və Nevadadır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.