Məşhur həkim Vladimir Putinin Hillari Klintonu zəhərlədiyini iddia edir

14-09-2016, 19:23           
Məşhur həkim Vladimir Putinin Hillari Klintonu zəhərlədiyini iddia edir
Bütün dünyada məşhur olan tibbi ekspertiza üzrə həkim-mütəxəssis Bennet Omalu ABŞ-ın Demokratlar Partiyasından ölkə prezidentliyinə namizəd Hillari Klintonun zəhərləndiyini ehtimal edir.

SalamNews-un “Sputnik”ə istinadən verdiyi xəbərə görə, ABŞ-da futbolçuların baş beyninin degenerativ xəstəliyinin çoxsaylı beyin silkələnmələrinin nəticəsi olduğunü subut edərək məşhurlaşan Omalu bildirib ki, Klintonun qanı testdən keçməlidir.

O, özünün “Twitter” hesabında bu barədə yazıb: "Klintonun seçki kampaniyasını icra edənlərə onun qanında toksikoloji analiz aparmağı tövsiyə etmək məcburiyyətindəyəm. Güman edirəm ki, o zəhərlənib. Rusiya prezidenti Vladimir Putin və respublikaçıların prezidentliyə namizədi Donald Trampa etibar etmirəm. Onlardan hər şey gözləmək olar."

Xəbər verdiyimiz kimi, 2001-ci il 11 sentyabr terror aktı qurbanlarının xatirəsinə Nyu-Yorkda keçirilən mərasim zamanı H.Klintonun vəziyyəti qəfildən pisləşib. O, özünü nasaz hiss etdiyi üçün tədbiri vaxtından əvvəl tərk edib.

KİV prezidentliyə namizədin huşunu itirdiyi barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru