Yanukoviçə qarşı yeni cinayət işi açılıb

9-04-2015, 12:52           
Yanukoviçə qarşı yeni cinayət işi açılıb
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyada mühacirətdə olan sabiq prezident Viktor Yanukoviçə qarşı yeni cinayət işi başlayıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ədliyyə Nazirliyi yanında lyustrasiya haqqında qanunun hazırlanması üzrə işçi qrupun rəhbəri Karl Volox bildirib.

“Bu gün axşam (aprelin 8-də – red.) UTX-də keçmiş prezident Yanukoviçlə, Konstitusiya Məhkəməsinin hakimləri və bir sıra yüksək vəzifəli şəxslərlə bağlı yeni cinayət işi qeydiyyata alınıb. Yaxın günlərdə “toxunulmaz” şəxslərə qarşı şübhələr elan olunacaq”.

K.Voloxun sözlərinə görə, onlar ölkədə hakimiyyəti ələ keçirmək üçün konstitusiya quruluşunu dəyişməyə çalışıblar.

Ədliyyə Nazirliyi nümayəndəsi yeni cinayət işini “tamamilə taleyüklü” adlandırıb. O qeyd edib ki, bu işlə bağlı “yaşıl işığı” Ukraynanın baş prokuroru Viktor Şokin “yandırıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru