Niderland meymunçiçəyi ilə mübarizəyə 3 milyon avro ayırıb

10-09-2024, 15:58           
Niderland meymunçiçəyi ilə mübarizəyə 3 milyon avro ayırıb
Niderland hökuməti Afrika ölkələrində meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 3 milyon avro ayırıb.

Bu barədə ölkə hökumətinin saytında yer alan məlumatda deyilir.

“Afrikada meymunçiçəyi xəstəliyi getdikcə daha sürətlə yayılır. Peyvəndlərin özləri vacibdir, lakin vaksinlərin onlara ən çox ehtiyacı olan insanlara verilməsini təmin etmək üçün daha çox iş görülməlidir. Biz ÜST-nin peyvəndləmə kampaniyalarına başlamaq planını dəstəkləyirik və bununla da virusun daha çox yayılmasının qarşısını almağa kömək edirik”, - müvafiq qərarı verən Niderlandın xarici ticarət və inkişaf naziri Renette Klever deyib.

Xatırladaq ki, meymunçiçəyi xəstəliyinin daha yoluxucu və patogen variantının yeni yayılma halları Konqo DR-də aşkar edilib və sonra virus qonşu ölkələrə yayılıb. Hazırda Afrikanın 10-dan çox ölkəsində yoluxma halları qeydə alınıb. ÜST rəhbəri Tedros Adanom Qebreyesus avqustun 14-də Afrikada meymunçiçəyi epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyədə narahatlıq doğuran epidemioloji fövqəladə vəziyyəti elan edib.

ÜST avqustda peyvəndlərin çatdırılmasını, test imkanlarının və personalın təliminin genişləndirilməsini əhatə edən epidemiyanın qarşısının alınması üzrə planı yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru