Gürcüstan Prezidenti Salome Zurabişvili ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizəd olmaq da daxil olmaqla böyük məsuliyyət götürməyə hazıram. Təklif etdiyim xartiya (müxalifətin seçkilərdə qələbə qazanacağı təqdirdə fəaliyyət planı) işləsə, mən avropalı tərəfdaşlarımızla danışıqçı olmağa hazıram”, - o bildirib.