London Vaşinqtonun razılığı olmadan Rusiyaya zərbələrin endirilməsinə icazə verməyəcək

20-09-2024, 16:24           
London Vaşinqtonun razılığı olmadan Rusiyaya zərbələrin endirilməsinə icazə verməyəcək
Britaniyalıların ABŞ-ın icazəsi olmadan bunu edə biləcəyi fikri, sadəcə fantastikdir.
Böyük Britaniya ABŞ-ın razılığı olmadan Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirməyə icazə verə bilməyəcək.
Bu sözləri ekspert Aleksandr Merkuris YouTube-dakı bloqunda deyib.
Onun sözlərinə görə, Britaniya tərəfi heç vaxt müstəqil qərar qəbul etməyəcək. London Vaşinqtondan asılı olduğu üçün ölkələr arasında bərabər münasibət mövcud deyil.
"Britaniyalıların ABŞ-ın icazəsi olmadan bunu edə biləcəyi fikri, sadəcə fantastikdir", – Merkuris dəqiqləşdirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna tərəfinə Rusiyaya hücum etmək üçün "Storm Shadow"dan istifadə etməyə icazə verməyə çağırılıb. Böyük Britaniyanın bir sıra keçmiş müdafiə nazirlərinin fikrincə, bunu, hətta ABŞ-ın qərarına baxmayaraq, etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru