Estoniya öz qoşunlarını Ukraynaya göndərmək istəyir

3-10-2024, 09:58           
Estoniya öz qoşunlarını Ukraynaya göndərmək istəyir
Estoniya Ukraynaya öz qoşunlarını göndərməyi nəzərdən keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın müdafiə naziri Hanno Pevkur bildirib.

Onun sözlərinə görə, Estoniya ordusu Ukraynaya göndərildiyi halda döyüş tapşırıqlarını yerinə yetirməyəcək və ölkənin qərbində yerləşəcək.

Bununla belə, müdafiə naziri qeyd edib ki, hələlik bu məsələ ilə bağlı yekun qərar verilməyib və hazırda bu, yalnız plan olaraq müzakirə edilir.

Əsas maneə, Estoniya hərbçilərinin Ukraynada təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qeyri-müəyyənlikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru