Bosniya və Herseqovinada daşqın: Ən azı 21 nəfər ölüb

6-10-2024, 10:42           
Bosniya və Herseqovinada daşqın: Ən azı 21 nəfər ölüb
Bosniya və Herseqovinada gecə boyu yağan leysan yağışları daşqın və torpaq sürüşməsinə səbəb olub, ən azı 21 nəfərin öldüyü bildirilir.

Səlahiyyətlilər bir çox insanın itkin düşdüyünü, xilasetmə işlərinə hərbçilərin və könüllülərin cəlb edildiyini bildirib.

Gununsesi.info euronewsa – a istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez yerli mətbuata verdiyi açıqlamada, axtarış-xilasetmə və reabilitasiya işlərinə kömək etmək üçün qoşunların təyin edildiyini açıqlayıb.

Helez, “Saatlar keçdikcə yeni ölüm xəbərləri alırıq… Bütün xilasedicilərimizi göndərdik. Bizim prioritetimiz sağ qalan və torpağa basdırılmış evlərin dağıntıları altında qalan insanları xilas etməkdir”, – deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru