Finlandiya və İsveç müharibəyə hazırlaşır: Təlimatlar dərc olunacaq

13-10-2024, 15:08           
Finlandiya və İsveç müharibəyə hazırlaşır: Təlimatlar dərc olunacaq
Finlandiya və İsveç hakimiyyət orqanları vətəndaşların müharibə və digər böhranlara hazırlığı məqsədilə xüsusi təlimatlar dərc edəcək.

Profile.ru xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Erikka Koystinen məlumat verib.

"Vətəndaşların böhrana hazırlığı hər iki ölkənin hakimiyyətini ciddi şəkildə narahat edir", - o bildirib.

Məmurun sözlərinə görə, Finlandiya noyabrda mümkün böhranlara hazırlıq məqsədilə vebsayt istifadəyə verməyi planlaşdırır. Saytda vətəndaşlar üçün müxtəlif məlumatlar və tövsiyələr təqdim ediləcək.

Həmin dövrdə İsveç öz vətəndaşlarına müharibə vəziyyətində tətbiq ediləcək tövsiyələri əks etdirən çap təlimatları paylamağa başlayacaq. Ümumi tiraj təxminən beş milyon nüsxə olacaq və bunlar ölkənin bütün ailə təsərrüfatlarına çatdırılacaq.

Qeyd edək ki, İsveçdə oxşar təlimatlar sonuncu dəfə İkinci Dünya Müharibəsi dövründə çap edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru