"Putini yalnız o əvəz edə bilər, ancaq onun kim olduğunu..."

29-05-2015, 03:23           
"Putini yalnız o əvəz edə bilər, ancaq onun kim olduğunu..."
Rusiyalı tanınmış jurnalist Vladimir Pozner Vladimir Putini postunda kimin əvəz edə biləcəyindən danışıb.

Axar.az xəbər verir ki, Pozner bu sualın xoşagəlməz olduğunu bildirib: "İnsanlar əslində hesab edirlər ki, əvəzləmələr olmayacaq".

Pozner ölkənin sonsuz bir rəhbərlə yaşamasının mümkünsüz olduğunu və seçim imkanının olduğunu qeyd edib:

"Müxtəlif real partiyalar olmalıdır, oyuncaq olmayanlar. Bəli, mən bir insanı bilirəm, hansı ki, ölkə prezidenti ola bilər. Ancaq o, namizəd olmayacaq, onun heç bir şansı yoxdur. Buna görə də mən danışmayacağam.

Pozner Putinə olan münasibətindən də danışıb:

"Əvvəllər ölkə xarabalığı xatırladırdı. Qubernatorlar özlərini necə gəldi aparırdılar. Dünya Rusiyaya diqqət yetirməyi dayandırmışdı. Bundan sonra Putin hakimiyyətə gəldi və Rusiya yenidən dirçəldi. Mən onunla iki dəfə görüşmüşəm. O çox ağıllı, məlahətli, yumor hissinə malik biridir, ancaq Putin Rusiya Konstitusiyasına hörmət etdiyi üçün üçüncü dəfə namizəd olmaqdan imtina etdi, düzgün addım idi. Təkrar geri qayıdışı isə yanlış oldu”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.