İranın dini lideri Ayətullah Əli Xameneinin qadınların küçədə velosiped sürməsini qadağan edən fitvası ölkədə böyük narazılıq yaradıb.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə velosipedlə fotolarını paylaşan iranlı qadınlar qərarı “gülünc” adlandırıb.
Xatırladaq ki, dini liderin fitvası bazar ertəsi yayılıb. Yeni qaydalara əsasən, qadınların ictimai və naməhrəm yerlərdə velosiped sürməsi qadağan edilib.