ABŞ "rus aqressiyasının" qarşısını almaq üçün xərcləri 4 dəfə artırdı

23-09-2016, 10:11           

ABŞ Senatı Rusiyanın aqressiyasının qarşısını almaq üçün nəzərdə tutulan xərclərin həcmini 4 dəfə artırıb.

Ölkə.Az xəbər verir ki, bu qərar 2017-ci il ABŞ büdcəsində öz əksini tapıb.

2017-ci ildə ABŞ-ın hərbi xərcləri 602 milyard dollar olacaq. Bu məbləğ hazırkı il üçün nəzərdə tutulmuş hərbi büdcədən 5 milyard dollar azdır.

ABŞ Rusiyanın qarşısının alınması üçün isə 2017-ci ildə 3,4 milyad xərcləyəcək. Xatırladırıq ki, bu il bu məqsədlə xərclənən məbləğ 600 milyon dollara yaxın olub.

"Rusiyanın aqressiyasının qarşısını almaq" dedikdə isə ABŞ Şərqi Avropadakı hərbi kontingentinin artırılmasını, Baltikyanı ölkələrə yeni hərbi birliklər və zirehli texnika göndərməyi nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru