Rusiyada 25 yaşlı azərbaycanlı tutuldu (VİDEO)

29-05-2015, 11:05           
Rusiyada 25 yaşlı azərbaycanlı tutuldu (VİDEO)
Nemət İlham oğlu Rəşidov 22 yaşlı kiçik çavuşu qətlə yetirməkdə ittiham edilir
Rusiyada azərbaycanlı kişi həbs edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, saxlanılan Nemət İlham oğlu Rəşidov adlı şəxs polisin qətlində şübhəli bilinir.

"LifeNews" saytı 25 yaşlı gəncin ilkin sorğu-sualı zamanı çəkilən videosunu yayıb.
O, kiçik çavuş Andrey Banovun vəhşicəsinə qətlində ittiham edilir. O, nəinki bu cinayəti, həm də terminal soyğununu etiraf edib.

Məlumata görə, Rəşidov bu gecə saxlanılıb. Polis onun gizləndiyi mənzili müəyyən edərək, evə xüsusi təyinatlıların köməyi ilə basqın edib.

Xatırladaq ki, kiçik çavuş A.Bannov Rusiyanın paytaxtı Moskvada may ayının 27-də ödəmə terminalını soyanları yaxalamağa çalışarkən qətlə yetirilib. Ona ölümcül olan 3 bıçaq zərbəsi vurulub.

Soyğunçular "Qazel" markalı maşını da hadisə yerində qoyaraq qaçıblar.
[media=https://www.youtube.com/watch?v=98uuMEdKITE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.