Tramp məscidə getməyə hazırlaşır - Dəlidən doğru xəbər..
24-09-2016, 23:32

İslamafob namizəd Qurban bayramı günü ABŞ şəhərlərindən birində müsəlmanların qarşısında çıxış etməyə də cəhd göstərib
Dünyanın ən məşhur islamofobu Donald Tramp, görünür, özünün müsəlmanlar haqqındakı bəynatlarının onu necə dalana dirədiyini dərk edib.
Moderator.az-ın xarici İslam saytlarına istinadla xəbər verdiyinə görə, ilboyu dəfələrlə müsəlmanların əleyhinə çağırışlar edən Amerika prezidentliyinə namizəd müsəlmanlarla görüşmək istəyinə düşüb.
Belə ki, Trampın seçkiqabağı qərargahının nümayəndələri İllinoys və Virciniya ştatlarının müsəlman icmalarının rəhbərləri ilə əlaqə saxlayıblar. Diqqətəlayiqdir ki, görüşlərin özəl şəraitdə keçirilməsi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Trampın nümayəndələri Amerikann Bridjvyu şəhər məscidinin rəhbərliyi ilə əlaqə saxlayıblar. Məqsəd 12 sentyabr - Qurban bayramı günündə müsəlmanların şəhər stadionlarından birinə cümə namazına yığıldıqları ərəfədə Trampın onların qarşısında çıxışını təşkil etmək olub. Lakin məscid imamı möminlərin islamofob namizədə mümkün reaksiyalarını düşünərək buna rədd cavabı verib.