Çinin avtomobil şirkəti ilk dəfə Teslanı geridə qoyub

31-10-2024, 12:14           
Çinin avtomobil şirkəti ilk dəfə Teslanı geridə qoyub
Üçüncü kvartalın yekunlarına görə, ABŞ-nin elektrik avtomobil istehsalçısı olan "Tesla" şirkəti əsas rəqibi olan Çinin BYD şirkətinə qarşı gəlir üzrə liderlik mövqeyini itirib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

BYD-nin üç ay ərzində gəliri 24% artaraq 28,2 milyard dollar olub. Bu, proqnozlardan aşağı olsa da, "Tesla"nın 25,2 milyard dollar olan gəlirini üstələyib.

Lakin "Tesla" hələ də mənfəət baxımından üstünlük təşkil edir – 2,2 milyard dollarla BYD-nin 1,6 milyard dollarına qarşı.

Buna qədər "Tesla" avtomobillərinin yüksək qiymətləri səbəbindən BYD-dən daha yüksək maliyyə göstəricilərinə malik idi. Hər iki şirkət arasındakı müqayisə bir qədər qeyri-dəqiq olub, çünki BYD-nin istehsalının böyük bir hissəsini hibrid avtomobillər (2024-cü ilin üçüncü kvartalında təxminən 700 min ədəd) təşkil edir. Bu dövrdə BYD elektrik avtomobillərinin istehsalında da "Tesla"nı demək olar ki, yaxalayıb. BYD şirkəti 444 min ədəd, "Tesla" isə 463 min ədəd istehsal edib.

Hazırda "Tesla" dünyanın ən dəyərli avtomobil istehsalçısıdır. Şirkətin bazar kapitalizasiyası 833 milyard dollardır. BYD isə 120 milyard dollarla üçüncü yerdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.