Suriyada 200-dən çox dinc sakin həlak olub

26-09-2016, 01:11           
Suriyada 200-dən çox dinc sakin həlak olub
Suriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin bu gün Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin ölüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, ölənlər arasında xeyli sayda qadın və uşaq var. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb.

Bombardmanların hazırda da davam etdiyi bildirilir. Agentliyin xəbərinə görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.

BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura da bildirib ki, son günlər Hələbin bombardman edilməsi nəticəsində 200-dən çox mülki sakin həlak olub. O, qeyd edib ki, son 3 gündə ölənlərin sayı 213 nəfərdən çoxdur.

BMT rəsmisi ölənlər arasında onlarla qadının və uşağın olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru