Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Suriyada müharibənin uzanmasında Rusiyanı ittiham edib.
Axar.az xəbər verir ki, Aleppo hücumundan danışan Conson Rusiyaya görə Suriyada müharibənin daha da qorxunc hala gəldiyini bildirib.
"Biz anlamalıyıq ki, endirilən zərbələr günahsız insanları öldürür. Bu, hərbi cinayətdir", - Conson vurğulayıb.
Qeyd edək ki, Suriyanın Aleppo bölgəsinə Rusiya hərbi təyyarələri tərəfindən 20 sentyabr gecəsi endirilən zərbələr nəticəsində 12 mülki vətəndaş həlak olub.