“Saakaşvili geri dönməyəcək” - İvanişvili

26-09-2016, 19:29           
 “Saakaşvili geri dönməyəcək” - İvanişvili
Saakaşvili Gürcüstana geri dönməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili söyləyib.

Onun sözlərinə görə, Saakaşvilinin ölkəyə dönməklə bağlı verdiyi bəyanat öz komandasının dağılmasının qarşısını almağa yönəlib. O, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının seçkilərdə qalib gəlməyəcəyini bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrda keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.