İsrail Livandakı əməliyyatları genişləndirə bilər

7-11-2024, 10:29           
İsrail Livandakı əməliyyatları genişləndirə bilər
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi Livanda quru əməliyyatını genişləndirmək planlarının hazırlanmasına çağırıb.

TASS xəbər verir ki, bu barədə o, əməliyyat vəziyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən iclasda bildirib.

"Livanda tənzimləməyə nail olmaq üçün diplomatik səylərə əlavə olaraq, quru hərbi əməliyyatlarının genişləndirilməsi planlarının hazırlanmasına davam etmək lazımdır. Zərurət yaranarsa, bu planlar işə salınacaq", - deyə Baş Qərargah rəisi bəyan edib.

Halevi qeyd edib ki, SAXAL "bütün regionda - Livanın cənubunda, Beka vadisində, Beyrutda və Suriyada planlaşdırıldığı kimi "Hizbullah" hədəflərinə hücumu davam etdirir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru