Tramp Pentaqona Kristofer Milleri təyin edəcək

11-11-2024, 08:34           
Tramp Pentaqona Kristofer Milleri təyin edəcək
ABŞ-nin keçmiş müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller yeni seçilmiş prezident Donald Trampın administrasiyasında Pentaqona rəhbərlik edə bilər.

Bu barədə Britaniyanın "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Miller Trampın ilk prezidentliyinin son mərhələsində qısa müddət ərzində - 2020-ci il noyabrın 9-dan 2021-ci il yanvarın 20-dək ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edib.

Nəşrin məlumatına görə, Pentaqonun rəhbəri postuna digər namizədlər arasında ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ Nümayəndələr Palatasının Florida ştatından olan üzvü Mayk Vals da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru