Borrell Trampı İspaniya diktatoru Franko ilə müqayisə etdi

Bu gün, 17:44           
Borrell Trampı İspaniya diktatoru Franko ilə müqayisə etdi
Borrell iddia edib ki, əgər respublikaçı Tramp "Ukraynanın çökməsinə icazə versə", "tarix Qərbi mühakimə edəcək".
Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə edib.
Bu təhqiramiz bəyanat Avropa Parlamentində dinləmələr zamanı səslənib.
"Trampın dövründə ABŞ artıq Obamanın dövründə olduğu kimi deyil. Məsələn, Frankonun rəhbərliyi altındakı İspaniya da Qonsalesin dövründəki İspaniyadan fərqli idi" - Borrell söyləyib.
O, həmçinin bildirib ki, "Tramp və Franko arasında yeganə fərq" Trampın amerikalılar tərəfindən seçilməsidir.
Dekabrın 1-də istefa verən Aİ diplomatik xidmətinin rəhbəri Trampı Kiyevə yardımı davam etdirməyə çağırıb. Borrell iddia edib ki, əgər respublikaçı "Ukraynanın çökməsinə icazə verərsə" "tarix Qərbi mühakimə edəcək".
Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib. Bundan əlavə, o, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinə səbəb olan çevrilişin təşkilatçılarından biri olub.
Xatırladaq ki, Tramp Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olacağını bəyan edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Aİ-nin hərbi bloka çevrilməsi ilə bağlı Borrelin sözlərinə münasibət bildirdiyi barədə məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.