ABŞ-ın vitse-prezidenti Cozef Baydenin oğlu Bo Bayden 46 yaşında vəfat edib.
Xarici KİV-lrin yaydığı xəbərə görə, Bo Baydenin ölümünə səbəb beyin xərçəngidir.
Məlumatı isə Ağ Evin mətbuat xidməti vitse-prezident Cozef Baydenin adından yayıb. Cozef Bayden bildirib: “Mən oğlumuzun öldüyünü elan edirəm. O, beyin xərçəngi ilə həyatının hər günündə olduğu kimi mərdliklə mübarizə aparırdı”.
Qeyd edək ki, Bo Bayden 2010-cu ildə insult keçirib.